Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.
Daun sindromu ilə doğulan məşhur aktyorlar, rəssamlar və digər sənət sahibləri var.
"Report" Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar keçirdiyi tədbir zamanı hazırladığı xüsusi fotoreportajı təqdim edir.

















