Bakıda yollardan biri avtomobillərin hərəkəti üçün bağlanır.

Nqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində hərəkət məhdudlaşacaq.

"Yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq", - deyə Pünhan Mürsəliyev bildirib.

Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.

Mənbə
ANS PRESS