Ötən gündən etibarən dünyada qızılın qiymətlərində artım müşahidə olunub.

Milli.Az "RİA Novosti"-yə istinadən bildirir ki, ABŞ-ın federal rezerv sisteminin iclasının nəticələri dərc edildikdən sonra bahalaşma baş verib.

Bu gün səhər saat 08:16-da Nyu-Yorkun Comex firmasında qızılın troya unsiyasının qiyməti 1.61% artaraq 1169.8 dollar olub.

Milli.Az