Bakı, 19 mart, AZƏRTAC
FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 pillə geriləyərək 198 xalla 139-cu pillədə qərarlaşıb.
Reytinq cədvəlinə Almaniya millisi 1770 xalla liderlik edir. Argentina yığması (1577 xal) ikinci, Kolumbiya komandası (1499) isə üçüncü pillədə qərarlaşıb.