Ötən gün Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə baş nazirliyin yeməkxanasında nahar vaxtı xüsusi “Çanaqqala menyusu” təqdim olunub. ANS PRESS-in məlumatına görə, xüsusi menyuda sadəcə 100 il əvvəl Çanaqqalada çətin şəraitdə döyüşən əsgərlərin yediyi yemək olub.

Baş nazirlik bu istiqamətdə xüsusi bəyanat yayıb:

“Tabldot (ümumi süfrə) xidmətində verilən günün menyusu, Çanaqqalada döyüşən 43-cü Alay 1-ci Piyada taboru əsgərlərinə verilən yeməklərdən ibarətdir. Əziz şəhidlərimizi rəhmət və minnətlə yad edirik”.

Qeyd edək ki, təqdim olunan “Çanaqqala menyusu” yağlı buğda şorbası, üzüm kompotu və çörəkdən ibarətdir.


Mənbə
ANS PRESS