Prezident İlham Əliyev ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunmasına dair sərəncam imzalayıb
"Report"un məlumatına görə, sərəncamda deyilir: "İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması nəticəsində ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yolları bir çox hallarda dağılır və ya deformasiyaya məruz qalır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati xəta haqqında elektron protokolun tərtibi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə:
1.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi üçün ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş yerlərdə yol örtüyünün altında hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) yerləşdirilməsini təmin etsin;
1.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) həmin informasiya sisteminə qoşulmasını təmin etsin".
Sənədə əsasən, Nazirlər Kabineti:
2.1. hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısını, həmin texniki vasitələrin quraşdırılma müddətlərini və mərhələlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
2.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar haqqında elektron protokolun tərtib olunması və həmin inzibati xətalara dair işlər üzrə icraatın aparılması qaydasını tənzimləyən qanunun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47