“Elektron hökumət” üzrə jurnalistlər və tələbələr üçün təşkil olunmuş kurslar yekunlaşıb
Bakı, 19 mart, AZƏRTAC
“Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün təşkil olunmuş ikigünlük kurslar başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursların ilk günündə MHM-in direktoru Nail Mərdanov “Elektron hökumət” quruculuğu, “Elektron hökumət”in formalaşdırılması və inkişaf mərhələləri, eləcə də perspektivləri barədə ətraflı məlumat verib. N.Mərdanov gəncləri elektron xidmətlərdən istifadədə aktiv olmağa, xüsusən də jurnalistlərin bu sahəyə diqqət göstərmələri və təbliğat-təşviqat kampaniyalarının fəal üzvləri olmağa dəvət edib.
Mərkəzin şöbə müdiri İlqar Abdullayev elektron hökumətin infrastrukturu, elektron xidmətlər, dövlət reyestrlərinin yaradılmasının məqsədi və açıq hökumət məlumatları üzrə təqdimat əsasında məlumat verib. O, elektronlaşmanın ictimai mahiyyətindən bəhs edərək bu prosesdə jurnalistlərin rolunu xüsusi vurğulayıb.
MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin baş mütəxəssisi Nadir Rəsulov elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolundan bəhs edib. O, e-sənəd mübadiləsinin üstünlüklərindən danışıb.
Kursların ikinci günündə elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi, kiber-cinayətkarlığa qarşı mübarizə və sair mövzular üzrə iştirakçılara geniş məlumat verilib. Daha çox məşhur olan 30-a yaxın elektron xidmət test olunub və istifadə qaydaları izah edilib.
Sonda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək elektron hökumətin və elektronlaşma prosesinin inkişafında jurnalistlərin rolundan danışıb. O, jurnalistləri elektron hökumət, e-xidmətlər üzrə araşdırmalar etməyə, müxtəlif məsələləri işıqlandıraraq rəy bildirməyə, onları bu sahədə daha fəal olmağa səsləyib.
Sonda iştirakçılara elektron-imza kartları və xüsusi sertifikatlar təqdim edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47