"Qarabağ" ciddi itki ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov Reynaldonun хidmətindən məhrum olub.

Komandanın vuran ayağı cəzalı duruma düşüb. "Sumqayıt"la oyunda dubl edən Reynaldo 70-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.

Bu səbəbdən o, XXVII turun "İnter"lə oyununu buraхmalı olacaq.

Qeyd edək ki, Reynaldo bu mövsüm "Bakı", AZAL və "Neftçi" ilə oyunlarda sarı vərəqə almışdı.
Mənbə
ANS PRESS