Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Yahoo! internet şirkəti məlumatların mühafizəsinə sorğu üzrə parollar adlı yeni yanaşma təqdim edib. İkimərhələli eyniləşdirmədə olduğu kimi, qeydiyyat zamanı istifadəçinin smartfonuna mobil proqram vasitəsilə və ya SMS mesajla unikal kod göndərilir ki, o da qısa müddət ərzində aktiv olur. Amma burada xırda bir nüans var: kodun göndərilməsindən əvvəl əsas parolu daxil etməyə heç bir ehtiyac yoxdur.
Sistemə daxil olduqda parolun daxil edilməsi üçün ənənəvi formanın əvəzinə, Parol göndər düyməsi yerləşir. Yeni qeydiyyat üsulu artıq istifadə üçün əlçatandır.
Yahoo!-nun vitse-prezidenti Dilan Keysi yeni funksiyanı parolların məhvinə ilk addım kimi xarakterizə edib. Ola bilsin ki belədir, amma heç bir şübhə yoxdur ki, sorğu üzrə parollar funksiyası ikimərhələli eyniləşdirmə funksiyası ilə müqayisədə daha az etibarlıdır.
Milli.Az