“Bakı-2015” ilk Avropa Oyunları dünyanın 55 ölkəsində nümayiş olunacaq
Bakı, 18 mart, AZƏRTAC
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yarışların Hindistanda yayımlanması üçün “NEO Sports” şəbəkəsi ilə saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, sazişə əsasən “Bakı-2015” Avropa Oyunları “NEO Sports” və “NEO Prime” kanalları vasitəsilə Hindistanın bütün ərazisində yayımlanacaq. Avropa Oyunları ilə bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı videomateriallar maksimum sayda tamaşaçının televiziyaya baxdığı vaxtda nümayiş etdiriləcək. Oyunlar kanallar və şəbəkənin vebsaytı vasitəsilə təbliğ olunacaq. Möhtəşəm açılış və bağlanış mərasimləri də birbaşa yayımlanacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “NEO Sports” şəbəkəsinin sonuncu yayım tərəfdaşlarından biri olmasından məmnunluğunu bildirərək deyib: “Birinci Avropa Oyunlarının Hindistandakı idman azarkeşləri üçün yayımlamasını səbirsizliklə gözləyirəm. Hindistan əhalisinin sayına görə dünyada ikinci yerdədir və əsas idman ölkələrindəndir. İmzaladığımız saziş sayəsində Avropa Oyunlarının brendi və Oyunlarla bağlı mesajımız daha geniş əraziyə yayılacaq”.
“NEO Sports” kanalının icraçı vitse-prezidenti Mautik Tolia söyləyib: “Tamaşaçılarımız bütün dünyada keçirilən yüksək səviyyəli idman yarışlarına çox həvəslidirlər. Onlar bu yay Bakıda keçiriləcək yarışları izləməkdən zövq alacaqlar. Avropa Oyunları beynəlxalq idman təqvimində yeni hadisə olacaq. “NEO Sports” kanalı Oyunları hindistanlı azarkeşlər üçün təqdim etməkdən qürur hissi duyur”.
Bu sazişin bağlanması ilə Avropa Oyunları ABŞ, Çin və ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47