Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi açılıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açılışı olub.
QHT-lərə Dövlət Dəstəyi Şurasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndikdən sonra ölkəmizdə ictimai sektorun inkişafı sahəsində mühüm irəliləyişlərin müşahidə olunduğunu deyib. R.Zeyni Bakı QHT-lərinə xidmət edəcək Mərkəzin yaradılmasının Şura və TİKA-nın birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu qeyd edib.
Şura sədri, deputat Azay Quliyev mərkəzin yaradılmasının QHT-lər üçün xüsusi əhəmiyyət daşıdığını və onların resurslarının artırılmasına xidmət etdiyini bildirib. O, Şuranın yaradılmasından ötən yeddi il ərzində vətəndaş cəmiyyətinin inkişafı üçün çoxsaylı proqramlar həyata keçirdiyini deyib. Şura sədri 2000-ci ildən başlayaraq ölkənin beş bölgəsində - Şəmkir, Şirvan, Qəbələ, Quba və Mingəçevirdə Resurs və Təlim mərkəzlərinin təsis olunduğunu, ancaq Bakıda belə qurumun mövcud olmadığını qeyd edib. O, Mərkəzin açılmasını Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Prezidentin Sərəncamının icrası istiqamətində və QHT-lərlə dövlət arasında dialoqun inkişafı sahəsində irəliyə doğru atılmış mühüm addım kimi dəyərləndirib. Azay Quliyev Türkiyə və Azərbaycanın yalnız dost və qardaş deyil, həm də ortaq maraq və problemlərə malik dövlətlər olduğunu qeyd edib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İsmayıl Günəş 1918-ci ildə Anadoludan gələrək Azərbaycanın azadlığı üçün vuruşan şəxsləri, Qarabağ şəhidlərini hər zaman rəhmətlə andıqlarını deyib. O, mərkəzin açılmasının Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından müsbət addım olduğunu qeyd edib.
TİKA rəhbərinin köməkçisi Mehmet Sürəyya Ər bu mərasimin Çanaqqala savaşının 100-cü ildönümünə təsadüf etdiyini söyləyib. M.S.Ər TİKA-nın kənd təsərrüfatından səhiyyəyədək müxtəlif sahələrdə layihələr həyata keçirdiyini, QHT-lərin fəaliyyətini dəstəkləməyə isə xüsusi önəm verdiklərini bildirib.
Professor Okan Yaşılot və TİKA-nın Azərbaycandakı əlaqələndiricisi Mustafa Haşim Polat tədbirdə çıxış edərək mərkəzə fəaliyyətində uğurlar arzulayıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47