“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib
Naxçıvan, 18 mart, AZƏRTAC
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən bu günə gəlib çatan milli dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Bu bayram təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi, həyatın yenilənməsi ilə əlamətdardır.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetdə keçirilən Novruz şənliyində ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyevin çıxışında səsləndirilib.
Rektor qeyd edib ki, Novruz həm də xeyir-bərəkət bayramıdır, yeni ildir, baharın ilk təqvim günüdür. Novruz təbiətdəki bütün canlıların qışın qar və çovğunla müşayiət olunan soyuq, barsız-bəhrəsiz günlərindən sıyrılıb bolluq və firavanlıq mövsümünə qədəm qoyduğu bir dövrün başlanğıcıdır. O, bir günün, bir ayın yox, öz varlığında 4 fəsli birləşdirən bütöv bir ilin doğum günüdür.
Tədbirin aparıcıları bildiriblər ki, Novruz bayramı insanlara birlik, mehribanlıq kimi ülvi hislər aşılayır. Elə bu səbəbdəndir ki, Sovet hakimiyyəti illərində həyata keçirilən siyasət Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi, Novruzu da şüurlardan silə bilmədi. Sovet ideologiyasının milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə özünü açıq şəkildə büruzə verirdi. Lakin bu məqsəd baş tutmadı. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin üzərlərinə mühüm vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Çünki məhz Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə xalqımız öz milli dəyərlərinə daha çox sahib çıxıb, mənəvi irsin zənginliklərinə dərindən yiyələnib.
Tədbirin bədii hissəsində tələbələrin ifasında səsləndirilən Novruzla bağlı şeirlər, rəngarəng musiqi nömrələri, Kosa və Keçəlin çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47