Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Naftalanda Novruz bayramı münasibətilə ümumşəhər şənliyi keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, şəhərin Heydər Əliyev parkında keçirilən şənlikdə Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə Novruz tonqalı alovlandırılıb.
Şəhər İcra hakimiyyətinin başçısı Natiq Aslanov bayram münasibətilə şəhər əhalisini təbrik edib.
Şənlik konsert proqramı ilə davam etdirilib. Novruzun simvolları olan Kosa və Keçəl duzlu-məzəli oyunları, uşaqlardan ibarət rəqs qruplarının çıxışı insanlarda xoş ovqat yaradıb.