Bakı, 18 mart, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Saatlı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə Novruz bayramı münasibətilə ərzaq yardımı edib.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildiriblər ki, un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullardan ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilandan olan 593 məcburi köçkün ailəsinə verilib.