“Delta Telekom LTD” MMM -dən müştərilərə Novruz hədiyyəsi
Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəflərindən biri də innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Azərbaycan hökumətinin yeni iqtisadi strategiyasının əsas məqsədlərindən biri ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişafın davam etdirilməsidir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf tempinin saxlanılması, bu sahədə infrastrukturun, İT xidmətlərin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin İT xidmətlərinə əlçatanlığının təmin edilməsi prinsipial vəzifələr kimi qarşıda durur.
Son illər Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasına nail olunması, iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır. İT xidmətlər sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olaraq “Delta Telekom LTD” MMM informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişafın davam etdirilməsinə, sahibkarlıq subyektləri üçün İT xidmətlərinin əlçatanlığına nail olunmasına töhfə verilməsi, öz müştərilərinə daha keyfiyyətli və ucuz qiymətlər əsasında internet təqdim etmək məqsədilə Novruz bayramı ərəfəsində növbəti endirim aksiyası elan edir.
Yeni aksiyanın əsas məqsədi keyfiyyəti yüksəltməklə qiymətlərin aşağı salınmasıdır.
Bu aksiya çərçivəsində “Delta Telekom LTD” MMM internet aylıq xidmət haqqını 10%-dən – 30%-dək artıran müştərilərinə hər 1Mbit/saniyənin qiymətinə artım faizinə proporsional olaraq 10%-dən-30%dək güzəştlər tətbiq edir. Güzəştlər yalnız 1 ay ərzində müraciət edən müştərilərimizə aid ediləcək. Milli valyutanın dollara nisbətən ucuzlaşmasından istifadə edərək bəzi işbazların müxtəlif bəhanələrlə mövcud qiymətləri süni şəkildə artırmaqla qazanc əldə etməyə çalışmaları fonunda hər zaman öz tərəfdaşlarının maraqlarını düşünən “Delta Telekom LTD” MMM-in bu addımı müştərilər üçün çox dəyərli Novruz hədiyyəsi olacaq.
Bu təşəbbüs həmçinin, “Delta Telekom LTD” MMM-in hər zaman innovasiyalarla öz müştərilərinə daha keyfiyyətli və münasib qiymətlərlə xidmətlər təklif edilməsi strategiyasının növbəti komponenti kimi nəzərdən keçirilməlidir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47