Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Bakıda "Microsoft" şirkətinin korporativ sektorun İT departament rəhbərləri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, "Microsoft"un Mərkəzi və Şərqi Avropada lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov və şirkətin Kibertəhlükəsizlik üzrə bölməsinin nümayəndəsi Cek bu sahədə son zamanlar həyata keçirilən tədbirlər haqda ətraflı məlumat veriblər.
Bildirilib ki, hazırda dünyanın 140-dan çox ölkəsində kibersilahların yaradılması istiqamətində işlər aparılır. Şirkətlər artıq kibertəhlükəsizliyin təmin edilməsi məsələlərinə yüksək səviyyədə diqqət yetirirlər, bu sahənin inkişafına 3 trilyon dollar sərf edilib. Bir çox şirkətlər, əqli mülkiyyətə aid olan məhsullarının məlumat itkisi qurbanına çevrilməsi nəticəsində İT departamentlərinin işçilərini işdən azad etmək məcburiyyəti qarşısında qalıblar. Son 5 il ərzində biz kibercinayətkarlarla kəskin mübarizəyə başlanıb və bu sahədə hüquq-mühafizə orqanları, Avropol ilə əməkdaşlıq edirik. Azərbaycan kompyuter şəbəkəsinin təhlili göstərib ki, ölkədə aşkar edilən virusların arxasında milyonlarla İP ünvan mövcuddur və bu, ölkədə istifadə edilən şəbəkələrin təhlükəsizliyinə ciddi problem yarada bilər.
Diqqətə çatdırılıb ki, hazırda bank maliyyə sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qlobal şəbəkədə kiberməlumatların paylaşılması üzrə xüsusi şəbəkə yaradılıb və onun 3 milyarda yaxın virus haqda məlumat dövriyyəsi var.