Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanlar var
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın xarici işlər naziri Əli Əhməd Karti ilə görüşüb. Əvvəlcə təkbətək keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
AZƏRTAC xəbər verir ki, sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov deyib ki, sudanlı həmkarı ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsi ətraflı müzakirə edilib. Nazir deyib: “Azərbaycan ilə Sudan arasında siyasi baxımdan beynəlxalq təşkilatlarda əməkdaşlıq yüksək səviyyədədir. Biz bir-birimizə dəstək veririk. Sudan beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam şəkildə dəstəkləyir”.
Nazir vurğulayıb ki, görüşdə əsasən ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı diqqət mərkəzində olub. Sudan bununla bağlı üç-dörd layihə təklif edib, hazırda bu layihələr müzakirə olunur. Tezliklə iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanacaq. Bundan başqa, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin də imzalanması nəzərdə tutulur. “Bu gün biz iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzaladıq”, - dəyə E.Məmmədyarov əlavə edib.
Nazir bildirib ki, görüşdə regionda və beynəlxalq aləmdə cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Sudana səfərinin planlaşdırıldığını qeyd edərək bildirib ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcək.
Nazir Əli Əhməd Karti deyib ki, Azərbaycanda gedən inkişaf bütün ölkələr üçün örnək ola bilər. İki ölkə arasında yaxşı əlaqələr mövcuddur. Sudan həmişə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu mövqe dəyişməzdir. İki ölkə arasında siyasi, iqtisadi sahələrdə, xüsusilə neft, qaz sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Nazir deyib: “Biz Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnmək istəyirik. Biz, eyni zamanda, sudanlı tələbələrin Azərbaycan Dövlət Neft Akademiyasında, azərbaycanlı tələbələrin də Sudanın ali məktəblərində təhsil almalarında maraqlıyıq. Bu, iki ölkənin əlaqələrinin inkişafına töhfəsini verə bilər. Biz azərbaycanlı iş adamlarını Sudanda qızıl, kömür, fosfat yataqlarının işlənməsinə dəvət edir. Ölkələrimizin İslam dəyərlərinə yüksək qiymət verməsi də münasibətlərimizin inkişafı üçün imkan yaradır. İki ölkə arasında əlaqələrin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilməsi faydalıdır”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47