Şəki, 18 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Şəkidə 300-dən artıq aztəminatlı, imkansız ailəyə müxtəlif çeşiddə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb.
AZƏRTAC xəbər verir ki, bayram ərəfəsində rayonun icra strukturlarının nümayəndələri yerlərdə əhalinin aztəminatlı təbəqələri, o cümlədən şəhid ailə üzvləri, müharibə əlilləri, ahıl, tənha və kimsəsizlərlə, həmçinin məcburu köçkün ailləri ilə görüşüb, gətirdikləri ərzaq yardımı ilə onları sevindiriblər.