Bakı, 18 mart, AZƏRTAC
“Çilov” yatağındakı 112 nömrəli özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 1500 metr olan quyu kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılır.
Quyudan sutkada 5 ton neft hasil ediləcək, istismar işləri isə “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.