[ 18 Mart 2015 14:16 ]


“Beynәlxalq tәşkilatları Fәlәstin problemi ilә bağlı düzgün, әdalәtli mövqe nümayiş etdirmәyә çağırıram”

Bakı. Məlahət Nəcəfova – APA. “Mәn regional vә beynәlxalq tәşkilatları Fәlәstin mәsәlәsi ilә bağlı düzgün, әdalәtli mövqe nümayiş etdirmәyә çağırıram”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Sudan xarici işlər naziri Ali Ahmed Karti deyib.

 

Nazir bildirib ki, Fәlәstin xalqının problemi onlar üçün bir nömrәli mәsәlәdir: “Bu, İslam Әməkdaşlıq Təşkilatı çәrçivәsindә öz hәllini tapmalıdır”.