Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı 4-cü qrupun oyunlarına start veriləcək.

AFFA-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sərhədçi İdman Olimpiya Mərkəzində saat 18:30-da Ukrayna – Danimarka, saat 21:00-da isə Azərbaycan – Belçika oyunu keçiriləcək.

Bu qrupda keçiriləcək oyunlara təyinatları bir daha diqqətinizə çatdırırıq:

Ragadics Ferenc (Macarıstan) – UEFA numayəndəsi
Ryomin Aleksandr (Belarus) – UEFA hakim-inspektoru
Gutierres Lumbreas Fernando (İspaniya) – hakim
Pena Dias Francisco Miguel (İspaniya) – hakim
Onatsu Timo (Finlyandiya) – hakim
Pesko Lukas ( Slovakiya) - hakim
Mənbə
ANS PRESS