Beynəlxalq konfransa hazırlıqla bağlı yaradılan komissiyanın növbəti iclası
Bakı, 18 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mayın 5-də Bakıda “Böyük Vətən müharibəsinin qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində konfransla bağlı yaradılan komissiyanın növbəti iclası olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli fevralın 11-də rəyasət heyətinin 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunan tədbirlər haqqında qərarlar qəbul etdiyini söyləyib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Akademik İsa Həbibbəyli Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsində qazanılan qələbəyə töhfələri barədə “Vətənə və elmə xidmət etdilər...” kitabının yeni variantda nəşrini məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, AMEA-nın Tarix İnstitutunda Böyük Vətən müharibəsini araşdıran alim və tədqiqatçıların sayı kifayət qədər deyil.
AMEA-nın vitse-prezidenti deyib ki, institutda bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir. Hazırda Azərbaycan müharibə şəraitində yaşadığından bu kimi tədqiqatlara daha böyük önəm vermək lazımdır.
Sonra akademiyanın Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov “Azərbaycan alimlərinin Böyük Vətən müharibəsində qələbəyə verdiyi töhfələr” mövzusunda keçiriləcək konfrans barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə Böyük Vətən müharibəsi iştirakçısı olan səkkiz Azərbaycan alimi var ki, onlardan üçü - İsmayıl İbrahimov, Maqsud Əliyev və Məhərrəm Məmmədyarov akademiyanın həqiqi üzvləridirlər.
İclasda II Xüsusi şöbənin rəisi Eldar Quliyev qeyd edib ki, Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsi keçiriləcək. Layihədə AMEA-nın da iştirakı nəzərdə tutulur.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA beynəlxalq əlaqələr idarəsinin beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi Nuridə Quliyeva konfrans çərçivəsində keçiriləcək sərgilərdən danışıblar. N.Vəlixanlı II Dünya müharibəsi ilə əlaqədar Tarix Muzeyi tərəfindən nəşr edilmiş kataloq barədə ətraflı məlumat verib.
Sonda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47