Bakının Xəzər rayonunda 50-55 yaşlı kişi meyiti tapılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, meyit Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən istirahət parkında aşkar olunub.

Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb. Meyitin 50-55 yaşlı kişiyə aid olduğu bildirilir.

Kişinin üstündə şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Hazırda hadisəni araşdırmaq üçün xüsusi əməliyyat qrupu təşkil olunub. Ətraf ərazilrdə müşahidə kameralarının görüntüləri izlənəcək.

Faktla əlaqədar araşdırma aparılır.
Mənbə
ANS PRESS