Şimal regionunda ilk dəfə Siyəzəndə alternativ enerji ilə işləyən idman qurğusu inşa olunur.

RTV (REGİON TV) xəbər verir ki, idman qurğusunun tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb. Tikinti Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. 3 mərtəbədən ibarət binada inzibati otaqlar və çoxfunksiyalı idman zalı yerləşəcək. Artıq binanın bünövrəsi hazırdır və dəmir konstruksiyaları quraşdırılır. Bu idman qurğusu yalnız günəşdən alınan enerji hesabına işləyəcək. Tikinti yekunlaşandan sonra tikilinin damında günəş batereyaları quraşdırılacaq.

Milli.Az