"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması dünən daha 4 nəfəri edam edib.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İraqın Mosul şəhərində keçirilən bu "cəza aksiyası"nda edam olunanlar "İraqın paytaxtı Bağaddadakı hakimiyyətə casusluq"da suçlanıblar.
Qara kimbinezon geyindirilmiş bu şəxslər Mosulun mərkəzi meydanına çıxarılaraq diz çökdürülüblər.
Onlara qarşı "ittiham" oxunandan sonra bu binəvaların başları kəsilib.
Milli.Az










