Ağstafa, 18 mart, AZƏRTAC
Ağstafa şəhərindəki Səməd Vurğun adına mədəniyyət və istirahət parkında Novruz bayramı ilə əlaqədar geniş bayram tədbiri keçirilib.
Bayram şənliyində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon sakinlərini xalqımızın qədim və milli bayramı münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə parkın qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət sərgiləri, folklor nümunələrini, ədəbi-bədii kompozisiyaları, idmançıların çıxışlarını izləyiblər.
Sonra yazın gəlişini bildirən bayram tonqalı yandırılıb.
Şənlik mədəniyyət və incəsənət nümayəndələrinin geniş konsert proqramı ilə davam etdirilib.