Britaniya parlamentinin deputatı, Leyboristlər Partiyasının məşhur funksioneri Saymon Danszeklə bağlı yeni qalmaqal yaranıb.
 
Deputatın xanımı, 31 yaşlı Karen Danszek sosial şəbəkələrdə, xüsusilə də İnstagram fotoservisindəki profilində yarıçılpaq və erotik fotolarını yayır.
K.Danszek bununla yanaşı, çəkdiyi erotik selfiləri eBay onlayn-hərracında 15 dollardan satmağa başlayıb.
 
Milli.Az Daily Star-a istinadən bildirir ki, Britaniya parlamentinə seçkilərə hazırlıq ərəfəsində əri gərgin debatlarda olan Karen Danszek İspaniyanın Kosta-Blanka kurortunda istirahət edir.
 
İki övlad anası olan Karen yeni yarıçılpaq fotolarını Twitter-dəki profilində paylaşıb. Onun profilinin 47 min daimi təqibçisi var.
 
Milli.Az