Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun bütün görüşləri bu günə nəzərdə tutulub.
“Simurq” səfərdə autsayder “Bakı” ilə qarşılaşacaq. Matçın favoriti Zaqatala təmsilçisi olsa da, paytaxt klubu rəqibindən xal almağa çalışacaq.

Lider “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Ağdam təmsilçisi oyunun aşkar favoriti sayılır.

Son vaxtlar uğursuz nəticələri ilə yadda qalan “Xəzər Lənkəran” səfərdə AZAL-ın qonağı olacaq.

Günün son oyunu da paytaxtda keçiriləcək. Burada çempionluğa iddiasını davam etdirən “İnter” “Qəbələ”ni qəbul edəcək.

18 mart (çərşənbə)
Azərbaycan Premyer Liqası, XXVI tur

15:00. “Bakı” – “Simurq”
Hakimlər:
Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança
 
16:00. AZAL - “Xəzər Lənkəran”
Hakimlər:
Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
“AZAL Arena”
16:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
“Kapital Bank Arena”

18:00. “İnter” – “Qəbələ”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
İnter Arena”
Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 22 15 4 3 37-19 49
2 İnter 22 11 10 1 37-10 43
3 Neftçi 23 11 6 6 27-18 39
4 Qəbələ 23 8 7 8 28-31 31
5 Simurq 22 8 5 9 31-26 29
6 AZAL 22 7 7 8 24-29 28
7 Xəzər Lənkəran 22 6 5 11 26-31 23
8 Sumqayıt 22 4 7 11 20-31 19
9 Bakı 22 2 5 15 15-50 11
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

Bombardirlər
Nurlan Novruzov ("Bakı") - 11 qol
Draqan Çeran ("Simurq") - 10 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Freddi Mombonqo (AZAL) - 6 qol
Reynaldo Silva ("Qarabağ") - 6 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol

Milli.Az