Avropa Şurası Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır
Paris, 18 mart, AZƏRTAC
Martın 17-də Avropa Şurasının Parisdəki ofisində AŞPA monitorinq komitəsinin iclası keçirilib. Komitə üzvləri gündəliyə çıxarılan Monako, Makedoniya və Monteneqro ilə müsbət dialoq, alt komitənin “dondurulmuş münaqişələr”, Gürcüstanda və Ukraynada vəziyyətlə bağlı məsələləri müzakirə edib, Azərbaycan üzrə həmməruzəçilərin ölkəmizə səfərinə dair hazırladıqları ilkin hesabat barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasla bağlı AZƏRTAC-a müsahibəsində deyib: Komitədə bir neçə məsələ ilə yanaşı, bu yaxınlarda Azərbaycana səfər etmiş həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin ölkəmizlə bağlı ilkin hesabatı və Azərbaycana birbaşa aid olan “dondurulmuş münaqişələr” məsələsi geniş müzakirə olundu. Həmməruzəçilər Azərbaycanda keçirdikləri görüşlər və mövcud vəziyyət barədə məlumat verdilər. Bildirdilər ki, hazırda Azərbaycanda işlər əsas iki istiqamət üzrə aparılır - birincisi, beynəlxalq təşkilatlarla əlaqələrin yüksək səviyyədə həyata keçirilməsi, ikincisi Bakıda təşkil ediləcək ilk Avropa Oyunları ərəfəsində böyük quruculuq işlərinin görülməsi.
Mən çıxışımda hər iki məsələyə münasibətimi bildirdim. Qeyd etdim ki, AŞPA-nın yeni təyin olunmuş məruzəçisi polşalı deputat Tadeuş İvinski ilə işləməyə hazırıq və artıq demək olar bu iş başlayıb. Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv şəkildə əməkdaşlıq etməkdədir.
Həmçinin diqqətə çatdırdım ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizdə böyük quruculuq, yenidənqurma işləri görülür. Bütün bunlar Azərbaycanın imicini və ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq istiqamətində növbəti mühüm addımdır.
“Dondurulmuş münaqişələr”lə bağlı fikir mübadiləsi aparılarkən komitə üzvləri qeyd etdilər ki, bu münaqişələr çox təhlükəlidir. Ona görə də bununla bağlı növbəti yığıncaqlarda fikir mübadiləsinin davam etdirilməsi məqsədəuyğundur.
Nümayəndə heyətinin rəhbəri kimi məsələ ilə bağlı qeyd etdim ki, Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini işğal edən digər üzv ölkənin Şurada, monitorinq komitəsində mövcudluğu qanunauyğun deyil. Ona görə də Avropa Şurası, təşkilatın monitorinq və digər komitələri münaqişələrlə bağlı məsələnin ümumiyyətlə gündəmdən çıxarılmasını istəyirlərsə, əvvəlcə Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi istiqamətində ciddi addım atmalı, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır. Bunlara əməl olunmadığı təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
Təbii ki, bu müzakirələr yalnız fikir mübadiləsidir. Bildiyiniz kimi, AŞPA-nın siyasi komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin olunub. Bununla əlaqədar monitorinq komitəsində də fikir mübadiləsi aparmışıq, aparırıq və yenə də aparacağıq. Bir sözlə, Azərbaycan həqiqətlərini avropalı deputatlara çatdırmağa davam edəcəyik.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50