“Gənclərbirliyi” ilə səfər matçında “Fənərbaxça”nın hücumçusu Emenike yenə özünü yaxşı tərəfdən göstərə bilməyib.

ANS PRESS-in məlumatına görə, nigeryalı forvardın oyunundan razı qalmayan fanatlar hava limanında komandanı qarşılayanda Emenikeyə qarşı üsyan ediblər.

“Sarı-lacivərdlilər”in məğlubiyyətini həzm etməyən azarkeşlər “Emenike oyna, artistlik eimə” şüarları səsləndirib.

Buna dözməyən futbolçu fanatların üzərinə hücum çəkəndə Egemen araya girərək hadisənin böyüməsinə mane olub.
Mənbə
ANS PRESS