Misirin Qalubiyyə vilayətinin qubernatoru Abşeron rayonunda olub
Xırdalan, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti Abşerona səfər edib.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə rayonun inzibati mərkəzi - Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra misirli qonaqlar Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə keçirilən görüşdə, rayonda aparılan tikinti-abadlıq işləri barədə məlumat verilib. Z.Fərəcov 2007-ci ildə Qalubiyyə vilayəti ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib.
Görüşdə Abşeronda salınan Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhər mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və respublikamızın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəbin olması ölkələrimiz arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.
Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahir qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə danışıb. O, Misirdə böyük nüfuza malik olan Mehriban Əliyeva adına məktəbin bu dostluğun göstəricisi olduğunu xüsusi vurğulayıb.
Sonra qonaqlar Xırdalan şəhərindəki Misir-ərəb təmayüllü 9 saylı orta məktəbdə olub, Xırdalandakı Qalubiyyə küçəsində yerləşən Azərbaycan-Misir dostluq parkını gəziblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35