Evsiz ailələrə şad xəbər - RƏSMİ
Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, bunlardan ən önəmlisi ipoteka hesab olunur: “Məsləhətləşmə və fikir birliyi artıq var. Birincisi, biz ipotekaya verilən vəsaiti, ümumi vəsaiti əhəmiyyətli dərəcədə, dəfələrlə qaldırmaq fikrindəyik. Bunun mənbəyini müəyyənləşdirmişik. İkincisi, ipoteka məbləğini - həm kommersiya, həm də sosial ipotekanın məbləğini əhəmiyyətli dərəcədə artırmaq istəyirik. Üçüncüsü, başlıca məqsəd ipotekada iqtisadi aktivliyi canlandırmaqdır. Yəni, bu vəsaitlərin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması buna imkan yaradacaq. Əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsini həll etmək lazımdır. Çünki, biz bilirik ki, əhali bununla bağlı çox əziyyət çəkir. Kimsə qohumuna, qonşusuna, yaxınlarına müraciət edib, onların evlərini girov qoymaq istəyir. Burda problemlərin olduğunu bilirik. Dünya praktikasında olan təcrübəyə əsaslanaraq biz ilkin qeydiyyata keçəcəyik”.
Mərkəzi Bank rəhbəri sosial tikintinin ipoteka mexanizmi vasitəsilə maliyyələşdirilməsi üzərində də düşündüklərini bildirib. Bununla yanaşı, Mərkəzi Bank ipotekanın regionlarda geniş tətbiqi niyyətindədir. “Regionlarda çalışan sosial dairənin, hökumətin müəyyənləşdirdiyi təbəqə - müəllimlərin, həkimlərin və digər gənc ailələrin ipoteka ilə təmin olunması mexanizmini də yaratmaq fikrindəyik”, - deyə E. Rüstəmov vurğulayıb. Mənbə
APA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47