Bakı, 17 mart, AZƏRTAC
Peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün martın 15-də keçirilmiş buraxılış imtahanlarının nəticələri və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər “Şagird-məzun” sistemində yerləşdirilib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, peşə liseylərinin məzunları öz imtahan nəticələrinə və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlərinə tqdk.gov.az saytında “Yekun qiymətləndirmə” bölməsinə keçərək, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsil alanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” linki vasitəsilə baxa bilərlər.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~S3DoH