SOCAR Avropanın aparıcı neft treyderlərini işə cəlb edib
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunun nəticəsində, "SOCAR Trading" şirkəti "Phibro"nun London komandasını işə götürüb. Onlar əsasən xam neft treyderləri olsalar da, neft məhsulları ilə bağlı ticarət əməliyyatlarını da həyata keçirirlər.
Bundan öncə, "Occidental Petroleum" şirkətinə analoji xidmətlər göstərən ABŞ treyderinin əvvəlki sifarişçi ilə anlaşması 2014-cü ilin sonunda başa çatıb. Bundan sonra "Phibro"nun Londondakı treyder komandası SOCAR-a xidmət göstərəcək.
Xatırladaq ki, "SOCAR Trading" ötən il "Trafigura" və "Arcadia" şirkətlərinin aparıcı treyderləri ilə müqavilə bağlayaraq Londondakı əməliyyatlarını genişləndirib.
Baş qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2008-ci ildə yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə "LUKoil" şirkətinin Cenevrədə treydinq şirkətini - "LUKoil Trading"i yaradıb.
Qeyd edək ki, BCG və "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətlərinin hazırladığı hesabatlara əsasən, "SOCAR Trading"in təsis olunması və onun 2008-2013-cü illərdə göstərdiyi effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycan xam neftin satışından əlavə olaraq 1,7-1,8 mlrd. ABŞ dolları həcmində mənfəət əldə edib və ümumiyyətlə, "Azeri Light"ın premiyasının artmasına nail olub. Bundan başqa, "SOCAR Trading" üçüncü tərəflərlə treydinq biznesinin inkişafı və BTC boru kəmərindən tranzit gəlirlərinin artması nəticəsində Azərbaycana əlavə olaraq 500 mln. dollar məbləğində xalis mənfəət qazandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35