Məlumatların Emalı və Saxlanılması Mərkəzinin birinci rübdə istismara verilməsi planlaşdırılır
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də respublikamızı regionun tranzit informasiya mərkəzinə çevirməkdir. Bu istiqamətdə daha bir ilkə imza atılması - Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması üzrə işlərə başlanması bu məqsədin reallaşmasına artıq bir addım da yaxınlaşdırır. Azərbaycanda ilk Tier III səviyyəli regional DATA Mərkəzin qurulması İKT sahəsində əldə olunan ən böyük uğurlardan hesab edilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev AZƏRTAC-a bildirib ki, MESM-in 2015-ci ilin birinci rübündə istismara verilməsi nəzərdə tutulur. Bu, öz növbəsində, informasiya texnologiyaları sahəsində Azərbaycanda baş verən mühüm hadisə olacaqdır. Bütün proseslər başa çatdıqdan sonra DATA Mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan “Uptime” İnstitutunun mütəxəssisləri sertifikatlaşdırma (design certificate və facility certificate) mərhələsini yerinə yetirəcəklər. Bu da prosesin dəqiqliklə icra olunduğunu, mərkəzin fəaliyyət keyfiyyətini təsdiqləyən beynəlxalq sənəddir. Bu sertifikatın əldə olunmasını zərurətə çevirən başqa amil də var. Belə ki, beynəlxalq operatorlar trafik mübadiləsi zamanı DATA Mərkəzlərin “Uptime” İnstitutunun müəyyənləşdirdiyi meyarlara cavab verməsini əsas tələb, mütləq şərt kimi irəli sürürlər. Ona görə də hazırda alman şirkəti ilə yanaşı, “Uptime” İnstitutu ilə də sertifikatlaşdırma məsələlərinin həyata keçirilməsi ilə bağlı işlər aparılır.
M.Quliyev qeyd edib ki, MESM-in qurulması üçün müvafiq məkan seçilib, ATS-594 binası tamamilə boşaldılıb və hazırda belə mərkəzlər üçün nəzərdə tutulan texniki tələblərə əsasən binada rekonstruksiya işləri aparılır. Respublikamız üçün olduqca önəmli və qürurverici əhəmiyyət daşıyan bu layihə də peyk və digər layihələr kimi İT sahəsində güclü infrastrukturun qurulmasına yönəlib. Bundan başqa, Data Mərkəzin yaradılması yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Bu baxımdan, layihənin iqtisadiyyata, ölkənin ümumi inkişafına verəcəyi töhfələri də gözləniləndir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35