YAP-çı deputat: "İpotekaya ayrılan vəsait vətəndaşların ehtiyacını ödəmir"
Deputat Elmira Axundova çıxışı zamanı hesabatların elektron formada parlament üzvlərinin poçt ünvanlarına göndərilməsini təklif edib: “Parlamentdə çap işlərinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Hesabatların elektron formada göndərilməsi bu vəsaitlərə qənaət edilməsinə də səbəb olar”.
Spiker Oqtay Əsədov isə E. Axundovanın təklifinə “qənaəti kitabla etmək olmaz” - deməklə cavablandırıb: “Hökumətin 450 səhifəlik hesabatı parlament üzvlərinə elektron formada göndərilsə, burda oturan deputatların əksəriyyətinin gözü kor olar”.
Daha sonra çıxış edən deputat Azay Quliyev bildirib ki, əhalinin məmnunluğunu təmin edən son mühüm layihələrdən biri də “ASAN xidmət”dir: “Ötən il 7 "ASAN xidmət" mərkəzi tərəfindən 6,5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Ötən ildə ən vacib məsələlərdən biri də I Avropa Oyunlarına hazırlıq idi. Əminəm ki, hökumət bunun öhdəsindən layiqincə gələ bildi, çoxlu sayda infrastruktur layihələri həyata keçirdi. Əminəm ki, bu Oyunlar ölkəmizdə yüksək səviyyədə həyata keçiriləcək”.
YAP-çı deputat Aydın Mirzəzadə isə çıxışında ipotekaya ayrılan vəsaitin vətəndaşların ehtiyacını ödəmədiyini vurğulayıb: “Ona görə də bununla bağlı xüsusi proqram qəbul edilməlidir. Bundan başqa, sosial evlərin tikilməsini də təklif edirəm. Çünki dövlət ucuz evlər tikərək onu aşağı - illik 3-4 faizlə ehtiyacı olanlara verə bilər. İkinci təklifim də odur ki, Bakı və Sumqayıt istisna olmaqla, mənzil tikintisi ilə məşğul digər şirkətlər vergidən azad olunsunlar. Büdcə bir neçə illik müəyyən gəlirdən məhrum edilsə də, əvəzində, gələcəkdə yüz minlərlə insan mənzillə təmin oluna bilər”.
Deputat Sabir Rüstəmxanlı isə məmur-vətəndaş münasibətlərinin pis olmasından gileylənib: “Azərbaycanda məmur-vətəndaş münasibətləri dözülməz vəziyyətdədir. Sanki keçilməz qalada gizləniblər. Biz millət vəkilləri hansısa nazirə aylarla düşə bilmirik”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35