Hondurasda üç məşhur supermodeli avtomobildən endirərək qətlə yetiriblər.
Hadisə ölkənin paytaxtı Tequsiqaplapanın Valye de Anhelos səmtində baş verib.
Milli.Az La Prensa-ya istinadən bidirir ki, 28 yaşlı Alma Mariela Varqas, 21 yaşlı Medelin Ramires Zambrano və 20 yaşlı Blanka Velaskes Alehandra Mehianın olduqları avtomobilin qarşısını maskalı şəxslər kəsiblər.
Polisdən verilən məlumata görə, cinayətkarlar bir avtomobildə və motosikletdə olublar.
Modelləri zorla maşından çıxaran maskalılar onları üzüqoylu yerə uzanmağa vadar ediblər. Sonra isə modellərin başlarına atəş açılıb və qadınlar qətlə yetiriliblər.
Olay zamanı yaralanan bir kişi və bir qadın hospitala aparılıblar.
Hadisə yerində 15 giliz aşkarlanıb.
San Markos de Kolon şəhərinin sakini Alma Mariela Varqas və San Pedro Sula şəhərinin sakinləri olan Madlen Ramires Zambrano ilə Blanka Velaskes Alehandra Mehianın qatilləri aranır.
Polis qətlin ölkədəki narkokartellərdən biri tərəfindən törədildiyini güman edir.
Milli.Az




