Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Novruzun axırıncı çərşənbəsidir. "Report" xəbər verir ki, bu münasibətlə Bakıda müxtəlif bayram tədbirləri keçirilir.
Bakının mərkəzi küçələrindən dəvə karvanı və faytonlar keçib.
İlaxır çərşənbə Qoşa Qala qapısı qarşısındakı Gənclər meydanında davam edib. Axşam saatlarında incəsənət ustalarının ifasında bayram konserti olacaq.
Qeyd edək ki, bayram tədbirini Bakı Şəhər İcra Hakimiyyəti təşkil edib.