Türkdilli ölkələrin gömrük sahəsində əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
Bakı, 17 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovla görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Aydın Əliyev türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sferasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb.
Bir neçə il bundan öncə Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də məmnunluqla xatırlayan komitə sədri bu görüşdə müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın inkişafına yönələn mühüm addımlardan biri kimi dəyərləndirib.
Ramil Həsənov bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib.
Türkdilli ölkələr arasında əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq, bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47