Azərbaycan təhsilinin aktual problemləri respublika elmi-praktiki konfransında müzakirə olunub
Bakı, 17 mart, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan təhsilinin aktual problemləri – təbiət, fundamental, humanitar və pedaqoji fənlərin tədrisində yeni istiqamətlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans ADPU-nun və Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
ADPU-nun rektoru, professor Yusif Məmmədov elmi-praktik konfransı açaraq ölkəmizdə həyata keçirilən təhsil siyasəti barədə məlumat verib. Rektor ümummilli lider Heydər Əliyevin ölkənin təhsil ictimaiyyətinə həmişə diqqət və qayğı ilə yanaşdığı vurğulayıb, bu sahədə qəbul edilən qərarları, imzalanan fərman və sərəncamları Ulu Öndərin təhsilə, elmə, bu sahədə çalışan insanlara verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Y.Məmmədov çıxışında respublikamızda həyata keçirilən təhsil siyasətinin uğurlarından, beynəlxalq təhsil sisteminə inteqrasiyadan, eləcə də təbiət, fundamental, humanitar və pedaqoji fənlərin tədrisindəki problemlərdən ətraflı bəhs edib.
Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov isə konfransın əhəmiyyətini vurğulayaraq, aparılacaq müzakirələrin qarşıya çıxan problemlərin həllinə dəstək olacağına əminliyini bildirib.
Sonra konfrans işini plenar iclasla davam etdirib, Azərbaycan təhsilinin müasir aktual problemləri ilə bağlı məruzə və çıxışlar dinlənilib.
Plenar iclaslarda Azərbaycan Respublikasında həyata keçirilən təhsil islahatlarının məqsəd və vəzifələrinə, islahatların perspektivlərinə və gözlənilən nəticələrə xüsusi diqqət yetirilib. Həm məruzələrdə, həm də müzakirələrdə islahatların tarixçəsi, onun mərhələləri, dünya praktikasında bu istiqamətdə aparılmış islahatların təcrübəsi nəzərdən keçirilib. Təhsil sahəsində bu vaxta qədər əldə edilmiş nailiyyətlərlə yanaşı, problemlər, çatışmazlıqlar müzakirə obyekti olub, konstruktiv fikirlər səslənib.
Elmi-praktik konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti, Qafqaz Universiteti və digər ali təhsil müəssisələrinin professor-müəllimləri, həmçinin AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak ediblər.
Konfrans çərçivəsində iştirakçılar ADPU-nun professor-müəllim heyətinin əsərlərinin yer aldığı sərgi ilə də tanış olublar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47