[ 17 Mart 2015 13:12 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il yanvarın 1-dək qüvvədədir.