L.Leşçenko hesab edir ki, hazırda dünyada neftin qiymətinin düşməsi Azərbaycan kimi ölkələr üçün biznes mühitinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin artırılmasına kömək edəcək: "Hazırkı şəraitdə qeyri-neft sektorunun inkişafı üçün informasiya texnologiyaları sektoru hərəkətverici sahədir. Bundan başqa, kənd yerlərində informasiya texnologiyalarının inkişafı, əhalinin genişzolaqlı internetlə təmin olunması, mobil xidmətlərə çıxışını genişləndirmək üçün çox yaxşı fürsət olduğunu düşünürük".
L.Leşçenko ölkədə yoxsulluğun azaldılması, kənd yerlərində yaşayan insanların maliyyə vəsaitlərindən istifadəsinin asanlaşmasına kömək edəcək layihəni - DB-nın Azərbaycanla birgə həyata keçirdiyi "Azərpoçt" MMC-nin rebrendinqinə dair layihəni yüksək qiymətləndirib.