Bakı, 17 mart, Pərvanə İmanova, AZƏRTAC
Martın 17-də “ADA” Universitetində “Coca-Cola” şirkəti ilə əməkdaşlıq çərçivəsində üçüncü Bahar gənclik festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, mindən artıq insanın qatıldığı festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və digər adət-ənənələr nümayiş etdirilib.