Avstraliyanın tanınmış model, aktrisa və teleaparıcılarından olan Acay Roçester sosial şəbəkələrdə, habelə ölkə mediasında sərt tənqidlərə məruz qalıb.
 
Səbəb isə onun yarıçılpaq vəziyyətdə evdə fotolar çəkdirməsidir.
Həmin fotoları 45 yaşlı Acay Roçesterin 15 yaşlı oğlu Kay çəkib.
 
Milli.Az The Sydney Morning Herald-a istinadən bildirir ki, Acay Roçester oğlunun qarşısında yarıçılpaq vəziyyətdə, alt paltarında verdiyi pozalarda olduğu fotoları "Findingmymojo" bloqunda yerləşdirəndən sonra qalmaqal qopub.
 
Avstraliyada media və sosial şəbəkə istifadəçiləri 45 yaşlı teleaparıcının belə hərəkətini tərbiyəsizlik adlandırıblar.
 
A.Roçester isə onu sərt tənqid və hətta təhqir edənlərə sanki acıq verirmiş təki evində oğlu, 15 yaşlı Kaya çəkdirdiyi yeni yarıçılpaq fotolarını yayıb.
"Evimdə, rahat vəziyyətdə şəkillər çəkdirirəmsə və fotoları çəkən də oğlumdursa, bunun nəyi tərbiyəsizlikdir?! Anlaya bilmirəm", - A.Roçester bildirib.
 
Milli.Az