ABŞ-ın Harvard və Braun universitetlərində Azərbaycana həsr edilmiş tədbirlər keçirilib
Vaşinqton, 17 mart, AZƏRTAC
ABŞ-ın aparıcı Harvad (Massaçusets) və Braun (Rod Aylənd) universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Amerika-Azərbaycan Alyansının dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyətinə həsr edilmiş tədbirlər keçirilib.
Massaçusets və Rod Aylənd ştatlarının müxtəlif ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin iştirakı ilə Harvard və Braun universitetlərində keçirilmiş tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti və müasir uğurlarını əks elətdirən video və foto materiallar, eləcə də milli mətbəx nümunələri sərgilənib. ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin ifasında müxtəlif musiqi və rəqs nümunələri göstərilib.
Harvard Universitetində azərbaycanlı və türk tələbə cəmiyyətlərinin təşkilatçılığı ilə “Qədim bağlar, gələcəyin torpağı” adlı tədbirdə amerikalı tələbələrlə yanaşı, Türkiyə, Çin, İndoneziya, İsrail, Qazaxıstan və s. ölkələrdən olan tələbələr də iştirak ediblər. Türkiyənin Bostondakı Baş Konsulu Ömür Budak da tədbirə əsas qonaq qismində qatılıb. Türk diplomat fəaliyyətinin bir neçə ilini Azərbaycanda keçirdiyini xüsusi vurğulayaraq, bu səbəbdən ölkəmizə həsr edilmiş tədbirlərdə iştirakını özünə borc bildiyini söyləyib. Ömür Budak ölkəmizin regional əhəmiyyətindən danışaraq, Türkiyə ilə Azərbaycan münasibətlərinin mənəvi bağlar üzərində qurulduğunu bildirib.
Braun Universitetində keçirilmiş mədəniyyət tədbirində universitetin müxtəlif ölkələrdən olan tələbələri öz mədəniyyətlərini əks elətdirən rəqs nümunələri nümayiş etdiriblər. Azərbaycanlı tələbələr bu il ilk dəfə olaraq bu çoxmillətli tədbirə qatılıb və “Azərbaycan-Dünya mədəniyyət gecəsi” başlığı altında Azərbaycan mədəniyyətini tanıdıblar. Tədbirdə Azərbaycana dəstək üçün Rod Aylənd ştatının senatoru Leonidas Raptakis də universitetin xüsusi qonağı qismində iştirak edib.
Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilmiş hər iki tədbirə ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları da qatılıblar. Səfirlik nümayəndəsi Natiq Baxışov çıxış edərək, ABŞ ilə Azərbaycan münasibətləri, eləcə də ölkəmizin aparıcı rolu ilə həyata keçirilən regional layihələr barədə məlumat veriblər. Çıxışlarda bu tədbirlərin Azərbaycanda Amerika günlərinin keçirildiyi bir vaxtda təşkil edildiyi vurğulanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47