Rusiya Krımı Ukraynaya geri verməyənə qədər ABŞ-ın tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq.

ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

"Krımın işğalı davam edənə qədər sanksiyalar qüvvədə olacaq", - deyə Psaki bildirib.

Bundan əvvəl Psaki bildirirmişdi ki, ABŞ tətbiq edəcəyi yeni sanksiyalarda Avropa Birliyi ilə uzlaşdırma aparılmayacaq

Qeyd edək ki, Rusiya Krımı öz ərazisinə birləşdirdikdən sonra rəsmi Moskvaya qarşı həm ABŞ, həm də Avropa Birliyi tərəfindən sanksiyaalar tətbiq edilir. Lakin Rusiya tərəfi açıqlama verib ki, bu sanksiyaların onlara təsiri çox azdır. Bununla yanaşı Rusiya da Qərbə müəyyən sanksiyalar tətbiq edib.
Mənbə
ANS PRESS