Türkmənistanın Azərbaycandakı səfiri Sumqayıt Dövlət Universitetində olub
Sumqayıt, 16 mart, AZƏRTAC
Martın 16-da Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Elxan Hüseynov və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov arasında görüş keçirilib.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rektor Elxan Hüseynov qonağa ali məktəbin yaranma tarixi, tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumat verib, ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələrdən, dövlət proqramlarından söhbət açıb. 2002-2010-cu illərdə Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri işlədiyini xatırladan rektor ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verdiyini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. E.Hüseynov təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd edib.
Səfir Toyli Komekov Azərbaycan və Türkmənistan prezidentlərinin dostluq və qardaş münasibətləri sayəsində ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etməsindən, əlaqələrinin yüksək səviyyədə olmasından danışıb. Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən səfir SDU ilə Türkmənistan universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb.
Sonra türkmənistanlı diplomat universitetdə yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47