Bişkek, 16 mart, AZƏRTAC
Qırğızıstan Prezidenti Aparatı informasiya siyasəti şöbəsinin verdiyi məlumata görə, dövlət başçısı Almazbek Atambayev Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlarda Qırğızıstanla Rusiya arasında ticarət-iqtisadi, yanacaq-energetika, sərmayə qoyuluşu, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə ölkələr arasında reallaşan birgə layihələr, Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə qəbul edilməsi, bu istiqamətdə fəaliyyət və digər məsələlər diqqət mərkəzində olub.
Danışıqlarda iqtisadi inteqrasiya məsələlərinə xüsusi diqqət yetirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek