Malta yığmasının baş məşqçisi Pyetro Qedin Gürcüstanla yoxlama, Azərbaycanla AVRO-2016-nın seçmə mərhələ oyunları üçün heyəti açıqlayıb.

ANS PRESS-in məlumatına görə, baş məşqçi 26 futbolçuya dəvət göndərib.

Heyətə iki legioner cəlb olunub. Belə ki, Pyetro Qedin Yunanıstanın "Kalloni" və Cənubi Kiprin "Omoniya" klublarının üzvlərini yığmamızla oyuna dəvət edib.

Qeyd edək ki, Malta martın 24-də Tiflisdə Gürcüstan yığması ilə yoxlama oyunu keçirəcək. Ayın 28-də isə bu komandanı millimizlə seçmə mərhələ görüşü gözləyir.

Qapıçılar: Yustin Haber ("Birkirkara"), Henri Bonello ("Hibernians"), Endryu Hoqq ("Kalloni", Yunanıstan), Qlenn Sammit ("Slima").

Müdafiəçilər: Stiv Borq, Conatan Karuana, Rayan Kamilyeri (üçü də "Valletta"), Zak Muskat, Rayan Kamensuli (ikisi də "Birkirkara"), Kleyton Failya, Andrey Aquis (ikisi də "Hibernians"), Stiv Betsina ("Balzan"), Yurgen Pizani ("Pieta").

Yarımmüdafiəçilər: Rayan Fenex, Roderik Briffa (ikisi də "Valletta"), Pol Fenex, Rouen Muskat (ikisi də "Birkirkara"), Konor Borq ("Floriana"), Byorn Kristensen ("Hibernians"), Stiv Pizani ("Floriana"), Mark Şerri ("Slima").

Hücumçular: Endryu Koen, Jan-Pol Farruca, Jozef Mbonq (üçü də "Hibernians"), Alfred Effionq ("Qormi), Andre Şembri ("Omoniya", Cənubi Kipr).
Mənbə
ANS PRESS