Almanların yarısı müdafiə xərclərinin artırılmasına tərəfdardır
Berlin, 16 mart, AZƏRTAC
“Alman dalğası” xəbər verir ki, Ukrayna böhranları və digər münaqişələr fonunda almanların orta hesabla hər iki nəfərindən biri müdafiə xərclərinin artırılmasına tərəfdardır. dpa informasiya agentliyinin sifarişi ilə YouGo institutu tərəfindən aparılmış ictimai rəy sorğusunun martın 16-da elan edilmiş yekunlarına əsasən məlum olub ki, rəy sorğusunda iştirak edənlərin 49 faizi hökumətin müvafiq planlarını dəstəkləyir, respondentlərin 36 faizi isə bu planların əleyhinədir.
Almaniya hökuməti 2016-cı ildən etibarən hərbi büdcəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. AFR müdafiə naziri Ursula fon der Lyayen bildirib ki, əlavə vəsait Bundesverin modernləşdirilməsinə sərf ediləcək, onun şəxsi heyətinin sayı isə dəyişməyəcək.
2013-cü ildə Almaniyada müdafiə xərcləri ümumi daxili məhsulun 1,3 faizinə bərabər olub. NATO normativlərinə görə həmin göstərici ÜDM-in 2 faizinə bərabər olmalıdır.
Bundesverin Hərbi Qulluqçular İttifaqının rəhbəri Andre Vüstner isə Bundesverə əlavə olaraq 5000 peşəkar əsgər cəlb edilməsi təklifi ilə çıxış edib. Andre Vüstner həmçinin 2020-ci ilə qədər ölkənin müdafiə büdcəsinin artırılaraq indiki 33 milyard avrodan 35 milyarda çatdırılmasını təklif edib. dpa agentliyinin verdiyi məlumata görə, Bundesverdə 2010-cu ildə başlanmış islahatlar çərçivəsində ümumi hərbi mükəlləfiyyət ləğv edilib, şəxsi heyətin sayı azaldılaraq 250 min nəfərdən 170 min nəfərə endirilib. AFR silahlı qüvvələri peşəkar əsgərlərdən, kontrakt üzrə və könüllü xidmət edənlərdən ibarətdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47